Dante Qabriel Rossetti

Dante Qabriel Rossetti
ing. Dante Gabriel Rossetti
"Dante Qabriel Rossetti" Qeorq Frederik Uotts tərəfindən çəkilmiş portret
"Dante Qabriel Rossetti" Qeorq Frederik Uotts
tərəfindən çəkilmiş portret
Doğum adı Dante Qabriel Rossetti
Doğum tarixi
Doğum yeri London
Vəfat tarixi (53 yaşında)
Vəfat yeri Berçinqton on Si
Vəfat səbəbi Nefrit (xəstəlik)
Dəfn yeri
Milliyyəti italyan mənşəli britaniyalı
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Fəaliyyəti şair, illüstrasiyaçı[d], rəssam, tərcüməçi, yazıçı
Təhsili Kral İncəsənət Akademiyası
Janrlar portret, dini rəssamlıq[d][1]
Stillər simvolizm[2]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dante Qabriel Rossetti (ing. Dante Gabriel Rossetti, d. 12 may 1828 – ö. 9 aprel 1882) — italyan əsilli ingilis şairi, tərcüməçisi, illustrator və rəssamı. O, Uilyam Holman HantCon Everett Mille ilə birgə prerafaelitlər cərəyanının əsasını qoymuş, sonradan cərəyanın əsas fiquru kimi, bu cərəyanın təsiri ilə yaradan Uilyam MorrisEdvard Börn-Cons kimi sənətkarların yaradıcılığına ciddi təsir göstərmişdir. Onun yaradıcılığı həmçinin Avropa simvolistləriestetiklərinin yaradıcılığına da təsir göstərmişdir.

Romantiklik və orta əsr intibahının xüsusiyyətləri Rossetti yaradıcılığına özünəməxsus keyfiyyət qazandırmışdır. Poeziyasının erkən dövründə, Con Kitsdən təsirlənmişdir. Poeziyasının sonrakı dövrü üçün hisslər və düşüncələrin qarşılıqlı əlaqələri xaraketrikdir ki, bunu da şairin "Həyat evi" (ing. The House of Life) sonetində görmək mümkündür. Rossettinin yaradıcılığında poeziya və təsvir bir-biri ilə əlaqəli şəkildə inkişaf edir; o tez-tez, rəsmlərini müşayət etmək üçün sonetlər yazır, həmçinin bacısı Kristina Rossettinin "Qoblin Market" poemasında olduğu kimi, əsərləri təsvir edən illüstrasiyalar çəkirdi.

Rossettinin şəxsi həyatı da yaradıcılığı ilə bağlı olmuş, modelləri və muzaları Elizabet Siddal, Fanni KornfortCeyn Byordenlə münasibət qurmuşdur.

  1. https://www.britannica.com/biography/Dante-Gabriel-Rossetti.
  2. Cassou J., Brunel P., Claudon F., Pillement G., Richard L. Encyclopédie du symbolisme. 1979. ISBN 2-85056-129-0

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search